Modern.az

Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib

Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib

Dünya

19 Sentyabr 2021, 21:34

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 213 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 338 873 nəfərdən test götürülüb, onların 26 398-nin testi pozitiv nəticə verib, 27 160 nəfər sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 84.86%-ə bir doza, 67.7%-ə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü