Modern.az

“Çelsi” səfərdə “Tottenhem”i məğub etdi

“Çelsi” səfərdə “Tottenhem”i məğub etdi

19 Sentyabr 2021, 23:01

İngiltərə futbol çempionatının beşinci turunun oyununda “Çelsi” səfərdə “Tottenhem”lə qarşı-qarşıya gəlib.

 

Modern.az xəbər verir ki, matçda 3:0 hesabı ilə Çelsi qələbə qazanıb.

 

Qolları Tiaqo Silva (49-cu dəqiqə), N'Qolo Kante (57) və Antonio Rüdiger (90+2) vurublar.

 

Turnir cədvəlində “Çelsi” 13 xalla birinci, “Tottenhem” 9 xalla yeddinci yerdədir.

 

Növbəti turda “Çelsi” sentyabrın 25-də “Mançester Siti” ilə, “Tottenhem” isə ertəsi gün “Arsenal”la qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi