Modern.az

Məşhur boksçu prezident olmaq istəyir

Məşhur boksçu prezident olmaq istəyir

Dünya

20 Sentyabr 2021, 00:37

8 fərqli çəkidə yeganə dünya çempionu olan boksçu, 42 yaşlı Menni Pakyao Filippin prezidenti olmaq istəyir.

 

Modern.az xəbər verir ki, ölkənin hakim “Laban” partiyasındakı bir qrup tərəfindən prezident seçkilərində boksçunun namizədliyi irəli sürülüb.

 

Qeyd edək ki, Filippində gələn il prezident seçkiləri baş tutacaq.

 

Hakim partiya ötən həftə hazırkı prezident Rodriqo Dutertenin növbəti seçkilərdə vitse-prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

 

Pakyao 2010 və 2013 seçkilərində doğulduğu Saranqani əyalətindən millət vəkili seçilib. Karyerası ərzində keçirdiyi 72 qarşılaşmadan 62-də qalib gələn Pakyao 2016 -cı ilin mayında Senata daxil olub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır