Modern.az

Ərdoğan ABŞ-da səfərdədir

Ərdoğan ABŞ-da səfərdədir

20 Sentyabr 2021, 07:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcəyi Nyu Yorka gəlib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Con Kennedy adına hava limanında Türkiyə liderini ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Vaşinqtondakı səfiri Həsən Murat Mercan və digər rəsmi şəxslər qarşılayıblar.

 

Türkiyə dövlət başçısını səfərdə Milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Ədalət və inkişaf partiyasının (AKP) Türkiyədəki sədr müavini Binəli Yıldırım müşayiət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?