Arxiv
20 Sentyabr 2021, 09:44 | HADİSƏ
Kürəkən qayınata və qayınanasının üzərinə benzin töküb yandırdı

Prokurorluq Bakıda adam öldürməyə cəhdlə bağlı məlumat yayıb.

 

Rayon prokurorluğundan Modern.az-a daxil olan məlumatda deyilir:

 

"Sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırmış, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

 

Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv