Modern.az

“Azərbaycanla Ermənistan kommunikasiyaların açılmasına razıdır” - Rusiyadan ANONS

“Azərbaycanla Ermənistan kommunikasiyaların açılmasına razıdır” - Rusiyadan ANONS

20 Sentyabr 2021, 11:52

“Azərbaycan, Ermənistan və Rusiya regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına razıdır”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini, üçtərəfli komisisyanın üzvü Aleksey Overçuk söyləyib.

O, bu barədə Yerevanda keçirilən “Rusiya-Ermənistan biznes forum”unda çıxışı zamanı aşağıdakıları deyib:

“Üçtərəfli komissiya görüşlər keçirir. Sonuncu, sayca 7-ci görüş avqustun ortalarında Moskvada baş tutub. Bütün tərəflər iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını istəyir. Bunu necə edəcəyimiz barədə müzakirələr gedir. Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpası Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin artımı üçün şərait yaradacaq”- deyə, rusiyalı məmur söyləyib.
 

Ermənistan baş nazirinin müavini, üçtərəfli komisisyanın üzvü Mqer Qriqoryan da nəqliyyat kommunikasiyalarının açılmasının ölkə iqtisadiyyatına müsbət təsir göstərəciyini əlavə edib.

Xatırladaq ki, Rusiya və Ermənistanla birgə yaradılan üçtərəfli komissiyanın Azərbaycandan üzvü baş nazirin müavini Şahin Mustafayevdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?