Modern.az

Azərbaycanda hər 100 ailəyə neçə şəxsi minik avtomobili düşür… - STATİSTİKA

Azərbaycanda hər 100 ailəyə neçə şəxsi minik avtomobili düşür… - STATİSTİKA

İqtisadiyyat

20 Sentyabr 2021, 12:15

2021-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycan Respublikasında şəxsi minik avtomobillərinin sayı 1 204 682 ədəd təşkil edib. Bakı şəhərində bu rəqəm 526744-dür.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, ölkədə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 56 ədəd təşkil edir.

Bakıda hər 100 ailəyə düşən şəxsi minik avtomobilləri 99, Sumqayıtda 59, Gəncədə 60, Bərdədə 53 ədəddir.

 Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycana 49 692 ədəd minik avtomobili idxal olunub.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir