Arxiv
20 Sentyabr 2021, 12:16 | DİASPOR
Azərbaycan Estoniyada keçirilən festivalda təmsil olunub

 

Sentyabrın 18-19 tarixlərində Estoniyanın paytaxtı Tallində milli azlıqların yarmarkası keçirilib. Tallin şəhərinin mərkəzi Ratuş meydanında keçirilən "Milli azlıqların yarmarkası"nda ölkəmiz də təmsil olunub.

 

Estoniyadakı "Azərbaycan Evi" tərəfindən hazırlanmış guşədə, ölkəmizin milli musiqiləri, rəqsləri, xalq geyimləri və milli mətbəximizin ləziz təamları festival iştirakçılarına təqdim edilib.

 

Azərbaycan tarixini, mədəniyyətini təsvir edən kitablar, milli məhsul və suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. Guşədə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanan 44 günlük Vətən müharibəsinin şanlı qələbəsinə həsr edilən “Xarıbülbül” və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edillən “Eternity” adlı musiqi albomları da nümayiş etdirilib.  

 

Tədbirdə Estoniyada fəaliyyət göstərən , rəhbəri Yelena Əhmədova olan “Gratsia” rəqs qrupunun Azərbaycan milli rəqslərini nümayiş etdirməsi və Leyla Rəhimovanin ifasında “Azərbaycan” mahnısı səsləndirilib və yaddaqalan anlar yaşanıb.

 

Qeyd edək ki, Estoniya Milli Azliqlar Forumunun təsis konfransı 24 sentyabr 1988-ci ildə Tallinn Politexnik İnstitutunda keçirilib. O zaman Estoniyadakı Azərbaycan İcması həmin Forumun təsisçilərindən biri olub və hər il keçirilən festivalda bu məlumat xüsusi olaraq qeyd edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv