Modern.az

Səyyad Əlizadənin xanımı koronavirusdan sağaldı, özü isə...

Səyyad Əlizadənin xanımı koronavirusdan sağaldı, özü isə...

20 Sentyabr 2021, 12:43

“Mərkəzi Gömrük Hospitalında müalicə alan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır, stabil olaraq qalır”.


Bu barədə Modern.az-a onun kürəkəni Razim Qasımov məlumat verib.


O bildirib ki, həkimlər sənətçini sağaltmaq üçün bütün mümkün olanı edirlər:


“ECMO aparatı ən son variant idi ki, ona da qoşublar. Sadəcə gözləmək qalır”.

 

Onun sözlərinə görə, S.Əlizadənin koronavirusdan əziyyət çəkən həyat yoldaşı Kəmalə Əlizadə artıq sağalıb və evə buraxılıb.

 

Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət əvvəl koronavirusa yoluxublar. Onların hər ikisi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi. S.Əlizadə xəstəxanaya yerləşdirildiyi gündən komadadır. Onun vəziyyəti ağır olduğundan yaxınlarının xahişilə  Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?