Modern.az

Şevardnadze Gürcüstan prezidentliyinə layiq bildiyi şəxslərin adlarını açıqladı

Şevardnadze Gürcüstan prezidentliyinə layiq bildiyi şəxslərin adlarını açıqladı

16 Fevral 2010, 12:05

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hesab edir ki, 2013-cü ilə qədər Rusiya – Gürcüstan münasibətləri yaxşılaşmayacaq. Modern.az xəbər verir ki, Gürcüstanın “Rezonansi” qəzetinə verdiyi müsahibədə Şevardnadze qeyd edib ki,  Saakaşvilinin hakimiyyət dövrü başa çatana qədər Moskva-Tiflis münasibətlərində irəliləyiş olmayacaq. “Rusiya ilə münasibətlər  o qədər mürəkkəb fenomendir ki, ən azı 3-5 il lazımdır ki, əlaqələri nizama salmaq mümkün olsun”. Sabiq prezident qeyd edib ki, Zurab Noqaidelinin ardınca digər  müxalifət liderlərinin  bir-birınin ardınca Moskvaya səfərlər etməsi müntəzəm xarakter alacaq. O, Noqaidelinin addımlarında pis bir şey olmadığını deyib. “Bu adam yaxşı bilir ki, Rusiya ilə münasibətlər nizamlanmadan Gürcüstan rahat yaşaya bilməyəcək”.    Şevardnadze Gürcüstan prezidentliyinə layiq gördüyü siyasilərin adlarını sadalayıb. Bunlar parlamentin vitse-spikeri, tanınmış həkim, Moskva elitasında qəbul olunan Fridon Todua, sabiq xarici işlər naziri İrakli Menaqarişvili, keçmiş dövlət naziri və Gürcüstanın Moskvadakı keçmiş səfiri Vaja Lordkipanidzedir. Şevardnadze qeyd edib ki, bu üç şəxsin hər biri Gürcüstan prezidenti ola bilər. Onun fikrincə, adları çəkilən siyasilər  Rusiya ilə münasibətlərin nizamlanması üzrə danışıqlar apara bilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir