Arxiv
20 Sentyabr 2021, 13:36 | AKTUAL
Xəttə buraxılan sınaq qatarında nasazlıq yarandı

Xəttə verilmiş sınaq qatarında nasazlıq yaranıb.

 

Bu barədə Modern.az-a "Bakı Metropliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

 

O bildirib ki, nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasında xəttə köməkçi qatar verilib:

 

"Sərnişinlər köməkçi qatardan düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqəlik yubanma olub".

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv