Modern.az

Rusiya kommunistləri seçkilərin nəticələrini tanımadı – Mitinq olacaq

Rusiya kommunistləri seçkilərin nəticələrini tanımadı – Mitinq olacaq

Dünya

20 Sentyabr 2021, 14:33

Rusiya Kommunist Partiyası parlament seçkilərinin nəticəsindən narazı qalıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kommunistlər “Vahid Rusiya” partiyasının səs faizlərinin kəskin artmasından narazı qalıb.


“Əgər axşam saat 7 radələrində “Vahid Rusiya” partiyası ilə nəticələrimiz arasında 25-35% fərq var idisə, səhər bizim 6% səsimiz oğurlandı. Mən riyaziyyatçı kimi deyirəm, gecə boyunca “Vahid Rusiya”nın səsləri artıb, kommunistlərdə azalıb və daha 2 partiyada isə yerində sayıb”, Kommunist Partiyasının nümayəndəsi deyib.

 

Kommunist Partiyası Moskvada keçirilən elektron səsvermənin nəticələrini tanlımadığını deyib. Partiya bu gün saat 19:00 üçün Moskvanın Puşkin meydanında mitinq çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı