Modern.az

“Ermənistan Türkiyə ilə yüksək səviyyədə görüşə hazırdı” – Rəsmi İrəvan

“Ermənistan Türkiyə ilə yüksək səviyyədə görüşə hazırdı” – Rəsmi İrəvan

Dünya

20 Sentyabr 2021, 14:54

Ermənistanın hakimiyyəti Türkiyə ilə təmaslara və müzakirələrə hazırdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorqyan belə açıqlama verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, prezident Rəcəb Tayyip Ərdoğanın Ermənistanla əlaqələrin bərpasına dair fikirlərini şərh edib.

“Bu ana qədər Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasında heç bir kontakt olmayıb, amma rəsmi Yerevan buna hazırdır. Effektiv iş şəraitində Ermənistan ən yüksək səviyyədə görüşlərə hazırdır”-deyə hökumətin mətbuat katibi söyləyib.

 
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:

"Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Paşinyan koridorun açılmasının əlehyinə olduğunu söyləyir. Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır".
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir