Modern.az

Xalq artisti Şuşada oğlunun şəhid olduğu yerdə - VİDEO

Xalq artisti Şuşada oğlunun şəhid olduğu yerdə - VİDEO

Hadisə

20 Sentyabr 2021, 14:55

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur oğlunun şəhid olduğu Şuşa şəhərinə səfər edib. 

 

Modern.az xəbər verir ki, aktyor Cıdır düzünə baş çəkərək, şəhid olmuş övladının ruhuna şeir səsləndirib:

“Mənim oğlum - baş leytenant, tabor komandiri Rövşən Nurzadə Şuşanın girişində şəhid olub. O Füzulinin, Cəbrayılın, Qubadlının alınmasında iştirak edib. Daşaltıda yaralansa da, nə qədər etsələr də geri qayıtmadı. Bu qələbə ilə Şuşanın girişində şəhid oldu...

 

 

 

Salam, oğlum, 

Salam, oğlum!

Vətənə arxa duran qəhrəman, 

Daşaltıda düşmənə qan udduran Qəhrəman!

Sən bu xalqın əbədi xatirində qalmısan, 

Şuşanın göylərindən cənnətə yol salmısan,

Salmısan ürəklərə sonsuz məhəbbət, Şəhid!

Bu yalançı dünyada mütləq həqiqət şəhid. 

Elə bil ki, Babəksən yağı döyüşlərində, 

Qarabağ savaşında, Şuşa döyüşlərində.

Canla zarafat olmaz, cəsarətin bəllidir 

Yadigar balaların anana təsəllidir. 

Təsəllidir atana təbəssümlü şəkillər, 

Səni xatırlayacaq gələcəkdə nəsillər.

Sən şəhidsən, şəhidlik əbədilik deməkdir 

Vətənə sarılmaq da bir məhəbbət deməkdir,

Mən də şəhid olardım, o məndən başlasaydı.

Sənə Tanrı deyərdim, oğul, Tanrı bağışlasaydı.

Sağ ol oğlum, salamat qal, 

Salam deyərsən şəhid qəhrəmanlara 

Qayalara dırmanıb Şuşanı alanlara..."

 

Şeir deyəndən sonra Əli Nur göz yaşlarını saxlaya bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi