Modern.az

Yeni tədris ili üçün çap edilən dərsliklərin sayı açıqlandı

Yeni tədris ili üçün çap edilən dərsliklərin sayı açıqlandı

Aktual

20 Sentyabr 2021, 15:59

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün çap edilən dərsliklərin sayı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində məlumat verib.

 

Nazir bildirib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

 

Xatlırdaq ki, bu il ilk dəfə olaraq V siniflərdə Təbiət dərsliyi 132 məktəbdə bir il müddətində pilot şəkildə tədris olunacaq. Yeni dərslik dərslərin tamamilə bacarıq, tədqiqat istiqamətində keçirilməsinə əsaslanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü