Modern.az

"Xüsusi təyinatlılarımızın bacarığı daha da artıb" - Zakir Həsənov

Aktual

20 Sentyabr 2021, 16:17

 

“Təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən xüsusi təyinatlılarımızın bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, təlimlər qoşunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi.

 

"Bu təlim Silahlı Qüvvələrimizin qarşısında duran istənilən vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!