Arxiv
20 Sentyabr 2021, 16:33 | DÜNYA
Bu ölkədə Bakı və Yerevana eyni səfirin təyinatı TƏKLİF OLUNDU

Qırğızıstan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Tazabek İkramov qalmaqallı təkliflə çıxış edib.

 

Modern.az xəbər verir ki, komitənin iclasında o, Xarici İşlər Nazirliyinin Rusiyada səfir olan Gülnara Kara-Samatın eyni zamanda, Ermənistana səfir təyin edilməsinə alternativ təklif verib.

“Siz Rusiyadakı səfirin Ermənistanı da kurasiya etməsini təklif edirsiniz. Amma Rusiya böyük ölkədir. Bizim oradakı səfirliyin işi çoxdur. Ermənistanın kurasiyasını gərək Azərbaycandakı səfirə həvalə edərdik. Orada vətəndaşlarımız çox azdır. Nəyə görə siz, işi başından aşan Rusiya səfirliyinin işini artırısınız?”, - deyə İkramov etiraz edib.

 

Buna cavab olaraq, XİN başçısının müavini Nuran Niyazəliyev Cənubi Qafqazda yeganə səfirliyin Azərbaycanda olduğunu xatırladıb. O, rəsmi Bakının Azərbaycandakı səfirin həm də Ermənistanın kurasiyasını aparmasına razı olmayacağını komissiya sədrinə xatırladıb.

Sonda XİN-in təklifi yekdilliklə qəbul olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv