Arxiv
20 Sentyabr 2021, 17:20 | TƏHSİL
Təhsil işçilərinin vaksinasiya göstəricisi açıqlandı

90 faizə yaxın təhsil işçisi vaksin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat yayıb. O qeyd edib ki, təhsil işçilərinin vaksinasiyası prosesi davam etdirilir:

 

“Hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

 

Ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib. Bakı şəhəri üzrə bu göstərici 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir”.

 

Məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi, ali və orta ixtisas təhsili müəssisələrində çalışan təhsil işçilərinin 80 faizi, peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi artıq vaksinasiya olunub.

 

Bundan əlavə, ümumi və peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 1 faizinin, məktəbdənkənar təhsil müəssisələrinin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var.

 

Qeyd edək ki, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv