Modern.az

Koronavirusa yoluxan jurnalistin vəziyyəti AĞIRLAŞDI

Koronavirusa yoluxan jurnalistin vəziyyəti AĞIRLAŞDI

Media

20 Sentyabr 2021, 17:26

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır.


“Yeni Klinika”dan Modern.az-a verilən məlumata görə, tanınmış jurnalist Elnur Əşrəfoğlu 4 gündür reanimasiyadadır:


“Xəstədə 85 % ağciyərləri tutulması, kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı müşahidə edilir. Hazırda süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyası 70 faiz oksigenlə 91-92-dir. Ümumi vəziyyəti qənaətbəxş deyil”.

Qeyd edək ki, Elnur Əşrəfoğlu əvvəllər AzTV və "Space" telekanallarında idman şərhçisi, "Neftçi” Futbol Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində işləyib.

2018-ci ildən Azərbaycan Cüdo Federasiyasında çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir