Modern.az

ABŞ-da yüzlərlə insanın həyatını xilas edən azərbaycanlı

ABŞ-da yüzlərlə insanın həyatını xilas edən azərbaycanlı

Aktual

20 Sentyabr 2021, 17:39

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kampbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafata layiq görülüb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, Fərrux Məmmədov potensial cinayətkar haqqında polisə məlumat verdiyinə görə təltif edilib.

“Polis, Fərrux Məmmədovun zənginin yüzlərlə insanın həyatını xilas etdiyini güman edir. Və bu, ABŞ polisinin layiqincə qəhrəman adlandırdığı Fərruxun sayəsində baş vermişdir!”,-deyə ABŞ səfirliyi bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir