Arxiv
20 Sentyabr 2021, 18:33 | HADİSƏ
Koronavirusdan sağalanlar yoluxanları 3 dəfə üstələdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 473 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 537 nəfər müalicə olunaraq sağalıb, 6 327 nəfər vəfat edib, aktiv xəstə sayı 30 595 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv