Modern.az

Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi

Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi

Aktual

20 Sentyabr 2021, 18:47

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə qanunsuz meşə materiallarının daşındığı müəyyən olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı 5,58 m3 həcmində meşə materialı aşkar edilib.

 

“Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materiallarının rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 2293 manat məbləğində ziyan dəydiyi məlum olub”.

 

B.Məhəmmədov onu da qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir