Modern.az

ABŞ-da yoluxma sayı 42 milyonu keçib

ABŞ-da yoluxma sayı 42 milyonu keçib

20 Sentyabr 2021, 20:20

ABŞ-da yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 42 milyonu ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin tərtib etdiyi məlumatda qeyd olunub.

 

Virus səbəbindən ölənlərin sayı 673 min 770-ə çatıb.

 

Yoluxanların sayının ən çox olduğu ştat Kaliforniyadır. Burada 4.6 milyondan çox yoluxma aşkarlanıb. Bunun ardınca Txas və Florida ştatları gəlir.

 

Qeyd edək ki, ABŞ-da 18 yaşdan yuxarı əhalinin 76 faizindən çoxuna koronavirus əleyhinə peyvəndin birinci dozası, 65%-nə hər iki dozası vurulub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir