ABŞ hökuməti noyabrın əvvəlindən başlayaraq ölkəyə gələn xarici vətəndaşlardan tam vaksin arayışı və səfərdən azı 3 gün əvvəl verilmiş COVID-19-la bağlı mənfi test cavabı tələb edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi Ceff Zints məlumat verib.
O qeyd edib ki, arayış təqdim edən sərnişinlər ABŞ-da karantinə alınmayacaqlar.