Modern.az

Şəhid anasını aldadan zatıqırıqlar..

Şəhid anasını aldadan zatıqırıqlar..

Aktual

20 Sentyabr 2021, 21:46

Səni doğan ananın və əkən kişinin zatına lənət!!!
 

Beləsinin gülləsi əskikdir. Təsəvvür edin, nə qədər alçaq və əclaf olasan ki, bu cür əmələ əl atasan. Telekanallardan birinin  xəbər proqramına baxırdım. Verilən bir məlumat məni o dərəcədə sarsıtdı ki, ürəyim ağrıdı. Məcburi dərman qəbul etdim.

Allahını tanımayan iki nəfər cəllad şəhid qanı hesabına varlanmaq eşqinə düşübmüş. Səni doğan ananın və əkən kişinin zatına lənət!!!

Deməli, bu iki nakəs oğlu şəhid düşən bir ananı aldadaraq ona ovladının sağ olduğu barədə yalan məlumat verir və oğlunun düşmən əlindən alınıb anaya qaytarılması müqabilində 100 min manat pula ehtiyac olduğunu bildirirlər. Əlacsız ana binamusların sözünə inanıb böyük məbləğdə pulu düzəldərək onlara verir. Lakin şəhid anası bir neçə gündən sonra aldandığını duyur və polis orqanlarını bu barədə məlumatlandırır.

Ağlagəlməz  cinayətkarların görüntüsünü təqdim edən telekanala baxarkən özümdən asılı olmayaraq tüpürdüm onların üzünə. Mən təbiət etibarı ilə qəddar adam deyiləm. Lakin onların ürəyini deşib qanlarını uf demədən içərdim...


Eldar Sabiroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır