Modern.az

Arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürüblər

Arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürüblər

21 Sentyabr 2021, 00:50

Cənubi Afrikada arı sürüsü nəsli kəsilməkdə olan Afrika pinqvinlərinə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə “BBC” agentliyi yazıb.

 

Hücum nəticəsində 63 pinqvinin öldüyü bildirilir. Agentlik qeyd edir ki, bu, ildə 60 minə yaxın insanın ziyarət etdiyi dünyaca məşhur “Boulders Beach” sahillərində qeydə alınan ilk hücumdur.

 

Ölü tapılan pinqvinlər üzərində aparılan araşdırmada quşların gözlərinin ətrafında arıların neştərləri aşkarlanıb.

 

Kiçik boyları ilə fərqlənən Afrika pinqvinləri Cənubi Afrika və Namibiya sahillərində yaşayırlar.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir