Arxiv
21 Sentyabr 2021, 09:28 | AKTUAL
Əhalinin yaş qrupları üzrə sayı açıqlandı

Azərbaycanda əhalinin yaş qrupları üzrə sayı açıqlanıb.

 

Modern.az statistik göstəricilərə istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlinə ölkədə 0-14 yaş qrupları üzrə əhali sayı 2260.8 min nəfər, 15-64 yaş qrupları üzrə 7101.0 min nəfər, 65 və yuxarı yaşda olan əhali sayı 756.4 min nəfərdir.

 

Rəsmi məlumata görə, 15-64 yaşda əhalinin hər min nəfərinə ümumilikdə 425 15-64 yaşlı əhali düşür ki, onlardan 318 nəfəri  0-14 yaşlılar, 107 nəfəri 65 və yuxarı yaşlılardır.

 

Eyni zamanda, hazırda 0-17 yaşda olan əhali sayı 2634.6 min nəfərdir ki, onların da 1407.8 mini kişilər, 1226.8 mini qadınlardır.

 

2021-ci il avqust ayının 1-i vəziyyətinə ölkə üzrə əhali  sayı 10142392 nəfərdir. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64149 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv