Modern.az

Ağdamda minaya düşən sürücü ilə bağlı rəsmi məlumat

Ağdamda minaya düşən sürücü ilə bağlı rəsmi məlumat

21 Sentyabr 2021, 09:56

21 sentyabr 2021-ci ildə saat 1 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayev tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Bu barədə Ağdam Rayon Prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir