Modern.az

Məhkəmənin qarşısında arvadını öldürən müəllimdən XƏBƏR VAR

Məhkəmənin qarşısında arvadını öldürən müəllimdən XƏBƏR VAR

21 Sentyabr 2021, 10:50

2021-ci il iyunun 18-də rayon sakini Arzu Abbasovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

 

Tərtər Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin əri Anar Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün növbəti məhkəmə iclasına gələn arvadı Arzu Əliyevaya bıçaqla xəsarətlər yetirib onu qəsdən öldürüb.

 

Anar Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi