Arxiv
21 Sentyabr 2021, 11:08 | HADİSƏ
Azərbaycanda fərarilik halları - Rəsmi STATİSTİKA

Ötən il törədilmiş cinayətlərə görə axtarışa verilən 4959 nəfər arasında hərbi xidmətlə əlaqəli şəxslər də olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilir.

Belə ki, 2020-ci ildə 41 nəfər hərbi xidmət keçməkdən boyun qaçırmaya görə axtarışa verilib.

Hərbi xidmət əleyhinə cinayətlərə görə 105 nəfər barəsində axtarış elan olunub. Onlardan 52 nəfər fərarilik etdiyinə görə axtarılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində hərbi xidmət keçməkdən boyun qaçırmaya görə axtarılan 41 nəfərdən 34 nəfərin yeri müəyyənləşdirilib.

Eyni zamanda hərbi xidmət əleyhinə cinayətlərə görə barəsində axtarış elan olunmuş 105 nəfərdən 40 nəfər aşkara çıxarılıb. Yeri müəyyənləşdirilən həmin şəxslərdən 5 nəfər fərarilər olub.

Rəsmi statistika fərarilik hallarının azaldığını göstərir. Belə ki, 2019-cu ildə fərailik edənlər 57 nəfər olmuşdu.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv