Modern.az

Azərbaycanlıların nikahda üstünlük verdiyi 5 ÖLKƏ - Bu ilin STATİSTİKASI

Azərbaycanlıların nikahda üstünlük verdiyi 5 ÖLKƏ - Bu ilin STATİSTİKASI

21 Sentyabr 2021, 11:39

Bu il əcnəbilər və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlıların sayı açıqlanıb.

 

Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb:

 

“Qeyd edilən dövr ərzində nikaha daxil olan şəxslərdən 889-u əcnəbi və vətəndaşlığı olmayan şəxslərdir. Onlardan 493 nəfəri kişilər, 396 nəfəri qadınlardır”.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının vətəndaşlarının əcnəbilərlə nikahının qeydə alınması zamanı ilk beşlikdə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Ukrayna və Qazaxıstan Respublikasının vətəndaşları olub.

 

Qeyd edək ki, 2020-ci il pandemiya dövründə azərbaycanlılarla əcnəbilər arasında 588 nikah bağlanıb. 2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında bağlanan nikahların sayı 2270 olub.  2018-ci ildə belə nikahların sayı 2256,  2017-ci ildə 2429 təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?