Modern.az

Bakıda təhsil alan şagirdlərin sayı açıqlandı

Bakıda təhsil alan şagirdlərin sayı açıqlandı

Aktual

21 Sentyabr 2021, 12:10

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 471 661 şagird təhsil alacaq.

 

BŞTİ-dən Modern.az-a verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 49 171, IX sinfində 36 199, X sinfində  27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.

 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 467 müəllim çalışır.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü