Modern.az

Şəhid xanımı təhsil haqqından azad olundu

Şəhid xanımı təhsil haqqından azad olundu

Təhsil

21 Sentyabr 2021, 12:16

Odlar Yurdu Universiteti şəhidin həyat yoldaşının təhsil haqqını qarşılayıb. 

 

Universitetdən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Ağayev Tapdıq Çingiz oğlunun həyat yoldaşı Ağayeva Gülşən Müdavil qızı Odlar Yurdu Universitetinin “Ekologiya” ixtisasının əyani şöbəsinə qəbul olub. Şəhid xanımının təhsil haqqı xərclərinin tam ödənişinin qarşılanmasını Odlar Yurdu Universiteti öz üzərinə götürüb. 

 

Ali məktəb rəhbərliyinin bu addımı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir