Modern.az

Kremldən Türkiyəyə ETİRAZ: “Bu açıqlamanı qəbul etmirik”

Kremldən Türkiyəyə ETİRAZ: “Bu açıqlamanı qəbul etmirik”

Dünya

21 Sentyabr 2021, 13:51

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada keçirilən parlament seçkilərinə toxunub.

Modern.az xəbər verir ki, türkiyəli nazir Krımda keçirilən Duma seçkilərinin legitimliyini tanımadıqlarını bəyan edib.

 

Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankranın mövqeyindən narazı qalıb.

“Kreml Ankaranın Krımda keçirilən seçkilərin qeyri-legitimliyi barədə açıqlamasını qəbul etmir və bunu türkiyəli həmkarlarına açıq şəkildə söyləyir”.

 

Peskov Ankaranın Krım məsələsi ilə bağlı mövqeyini qarşıdakı illərdə dəyişəcəyinə ümid etdiklərini əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı