Modern.az

Daha bir marşurtda ödəniş “BakıKart”la olacaq

Daha bir marşurtda ödəniş “BakıKart”la olacaq

Aktual

21 Sentyabr 2021, 14:56

22 sentyabr 2021-ci ildən 160 nömrəli marşrut xətti ("Koroğlu" NMM - Binə qəs. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

“Yeni Ramana 141 Sabunçu rayonu, Yeni Ramana 233 Sabunçu rayonu, Əli İsazadə küçəsi üzrə 11 ünvanda (Binə qəs.), Südçülük (Binə qəs.), Mehriban Qonşular küç. (Binə qəs.), Nizami Abbasov 24 (Binə qəs.)”

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır