Modern.az

Məktəblərdə bufetlərin fəaliyyəti ilə bağlı QƏRAR VERİLDİ

Məktəblərdə bufetlərin fəaliyyəti ilə bağlı QƏRAR VERİLDİ

Təhsil

22 Sentyabr 2021, 10:34

Baş nazir Əli Əsədov tədris müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblərlə bağlı qərar verib.

 

Modern.az xəbər verir ki,  Baş nazirin imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na  əsasən, məktəb bufetlərilə bağlı aşağıdakı tələblər qoyulub:

 

- yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

 

- təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;

 

- ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

 

- yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;

 

- yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;

 

- yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;

 

- yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);

 

- təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir