Arxiv
22 Sentyabr 2021, 11:06 | MƏDƏNİYYƏT
Ərdoğan Nyu-Yorkdan Azərbaycan bayrağı ilə şəkil paylaşdı - FOTO

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün sosial şəbəkələrdə Azərbaycan bayrağının da əks olunduğu fotoşəkil paylaşıb.

Foto sosial şəbəkə izləyiciləri tərəfiondən maraqla qarşılanıb.

Modern.az-ın məlumatına görə, Ərdoğan fotoşəkli bu statusla şərh edib:

“Şanlıurfa-da yerləşən və “Tarixin sıfır nöqtəsi” adlandırılan Göbeklitepe-dəki dikilidaşların bir oxşarı da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı binasının bağçasında sərgilənməyə başladı.

Ölkəmizə və Şanlıurfamıza xeyirli olsun”.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv