Modern.az

Növbəti “Açıq mikrofon” aksiyası sabah Sabirabadda olacaq

Növbəti “Açıq mikrofon” aksiyası sabah Sabirabadda olacaq

22 Sentyabr 2021, 14:05

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon”unun əhatə dairəsi getdikcə genişlənir.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, ölkənin ən müxtəlif yerlərində təşkil olunan "Səyyar qəbul otaqları" vətəndaşların problemlərinin dinlənilməsi üçün qurulur. İstənilən şəxs öz fikrini səsləndirməkdə, problemini izah etməkdə tam sərbəst olduğundan aksiyaya artan maraq göz qabağındadır.

 

Vətəndaşların müraciəti əsasında formalaşan “Açıq mikrofon” aksiyasının bu dəfəki ünvanı Sabirabad rayonunun Əliləmbəyli kəndi olacaq. Sentyabrın 23-ü saat 11:00-dan 13:00-a qədər davam edəcək aksiya sayca 16-cı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir