Arxiv
22 Sentyabr 2021, 16:16 | AKTUAL
Mübariz Mənsimov Türkiyədə müalicə alan qazilərimizlə - FOTOLAR

Bu gün Azərbaycan dövətinin himayəsində olan, “Yaşat” Fondu tərəfindən Türkiyədə müalicə alan qazilərimiz iş adamı, “Palmali” Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla görüşüblər.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı M.Mənsimov sosial şəbəkə hesabında bildirib.

 

M.Mənsimov qazilərlə qürur duyduğunu qeyd edib:

 

“Bu gün qazilərlə görüşdük. Onlar 44 günlük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışdılar. Həqiqətən də sizin kimi oğulları həyata gətirən anaların qarşısında baş əyirəm. Bu gün şəhidlərimizin və qiymətli qazilərimizin sayəsində torpaqlarımıza qovuşduq. Hər kəs özündən və ən əsası şəhid olan döyüş dostlarından danışdı... Böyük qəhrəmanlıq, böyük şücayət... İndi burada Türkiyədə müalicə alırlar. Azərbaycan Dövləti öz qazilərinə sahib çıxması bir başqa qürürverici hissdir”.

 

İş adamı “Vətən uğrunda canından keçməyə hazır olan oğullar bilməlidirlər ki, arxalarında güclü Dövlət durur. Qazilərimizə daima diqqət göstərən dövlət başçımızın olması çox qürürvericidir. Sizinlə fəxr edirik, dəyərli qazilərimiz və şəhidlərimiz! Yaşasın, Azərbaycanın güclü dövləti, ordusu və mərd milləti!”, - deyə M.Mənsimov fikirlərini yekunlaşdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv