Modern.az

Arvadını öldürən ərə 10 il 6 ay həbs verildi

Arvadını öldürən ərə 10 il 6 ay həbs verildi

Aktual

22 Sentyabr 2021, 17:20

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hökmə əsasən, E.Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il fevral ayının 1-i saat 18:00 radələrində Suraxanı rayonunda baş verib.

 

Belə ki, 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

 

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü E.Qasımovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Cütlüyün iki azyaşlı övladı var.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI