Modern.az

İcra başçısı Tap Qaraqoyunlu kənd məktəbində olub

İcra başçısı Tap Qaraqoyunlu kənd məktəbində olub

Aktual

22 Sentyabr 2021, 17:55

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə ilk dərs günü ilə bağlı, Tap Qaraqoyunlu kənd məktəbində olub.

 

Modern.az xəbər verir ki, qonaqlar öncə Tap Qaraqoyunlu kənd məktəbində Şəhid, Milli Qəhrəman Niyazi Aslanovun büstünü ziyarət ediblər.

 

Tədbirdə çıxış edən RİH-nin başçısı Məhərrəm Quliyev müəllimləri, valideynləri və şagirdləri təbrik edərək, cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb,  Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin davam etdirildiyini, bu tədbirlər nəticəsində ölkəmizdə, o cümlədən, rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir