Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək hərbçilərinin yolasalınma mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində bildirib.

 

Qeyd olunub ki, hərbçilər Türkiyə ordusunun 1-ci mexaniki piyada briqada komandanlığından yola salınıb.

 

Türkiyəli hərbçiləri Türkiyə-Azərbaycan sərhədində Araz çayı üzərindəki “Ümid” körpüsündə Azərbaycan hərbçiləri qarşılayıb.