Modern.az

Pakistandan Hindistana JEST

Pakistandan Hindistana JEST

Aktual

22 Sentyabr 2021, 18:24

Hindistanın baş naziri Narendra Modinin təyyarəsinə son üç il ərzində ilk dəfə Pakistanın hava məkanı üzərində uçuş icazəsi verilib.

 

Modern.az-ın məlumatına görə, ABŞ-a səfərə gedən baş nazirin olduğu təyyarə Pakistan üzərindən keçib.

 

Qeyd edək ki, rəsmi İslamabad 2019-cu ildən başlayaraq Hindistan rəsmilərinin təyyarələrini öz hava məkanına buraxmayıb. Buna səbəb Hindistanın Cammu və Kəşmir ştatının statusunu dəyişməsi olub.

 

Bu müddət ərzində baş nazir N.Modinin və prezident Ram Nath Kovindhin təyyarələrinə Pakistan üzərindən uçmasına icazə verilməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü