Modern.az

Azərbaycanda yoluxma sayı azalır - STATİSTİKA

Azərbaycanda yoluxma sayı azalır - STATİSTİKA

22 Sentyabr 2021, 20:42

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1356 yeni yoluxma faktı qeydə alınıb, 2651 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 476409 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 441731 nəfər müalicə olunaraq sağalıb, 6370 nəfər vəfat edib, aktiv xəstə sayı 28308 nəfərdir.

 

Ölkədə son sutka ərzində 13546, hazırkı dövrədək isə 4778393 test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi