Modern.az

Bu gün 63 mindən çox şəxsə vaksin vurulub

Bu gün 63 mindən çox şəxsə vaksin vurulub

22 Sentyabr 2021, 20:46

Azərbaycanda son sutkada 63462 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15542 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 47920 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 8106885 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4652121 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3454764 nəfərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir