Arxiv
22 Sentyabr 2021, 20:52 | MƏDƏNİYYƏT
Azərbaycanlı gənc rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq - FOTO

Gənc rejissor Toğrul Abbasovun “Kemal Amca & Geri Dönüşüm Sanatı” adlı ilk sənədli filmi 3-cü "Sinevizyon Beynəlxalq Film Festivalı"nda açılış filmi olaraq nümayiş olunacaq.

 

Bu barədə Modern.az-a filmin yaradıcı heyətindən məlumat verilib.

 

Beliğ Paşa xatirəsinə həsr olunan “Sinevizyon Uluslararası Film Festivalı” Kipr Türk Film & TV dərnəyinin təşkilatçılığı ilə baş tutacaq.

 
Yaradıcılıqla yanaşı, Doğu Akdeniz Universitetinin magistr pilləsində təhsilinə davam edən Toğrul Abbasovdan aldığımız məlumata görə, film 64 yaşlı sənətkar, Kipr türkü Kemal Ermesin həyat və sənət hekayəsindən bəhs edir. Kemal bəy isə öz işini təkrar istehsal sənəti adlandırır.

Ekran əsəri perspektivdə türk dünyası mədəniyyəti və insanlarını tanıtmağı hədəfləyir.

 

Doğu Akdeniz Universitetinin dosenti Pembe Behçetoğullarının layihə konsultantı olduğu, işıqda Əlibəy Məmmədov, səsdə Firuz Əlövsətov, kamera və montajda isə Vahab Dadaşlının imzasını daşıyan filmin xronometrajı 12 dəqiqədir.

 

24 sentyabr tarixində Lefkoşa şəhəri, Atatürk Mədəniyyət Mərkəzində baş tutacaq festivalın qala gecəsindən sonra ekran əsəri Modern.az saytında da izləyicilərə təqdim olunacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv