Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 242 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 351 655 nəfərdən test götürülüb, onların 28 168-nin testi pozitiv nəticə verib, 23 096 nəfər sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 85.51%-nə bir doza, 68,91%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov