Modern.az

Məmmədyarov dünya çempionu ilə sülhə razılaşdı

Məmmədyarov dünya çempionu ilə sülhə razılaşdı

22 Sentyabr 2021, 22:25

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Klublararası Avropa Kubokunda üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, Məmmədyarov yerli "Alkaloid", Karlsen "Offerspill" komandasının heyətində yer alıb.

 

Birinci lövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Azərbaycanlı qrossmeyster ağ fiqurlarla çıxış edib. Bununla belə, "Alkaloid" 5,5:0,5 hesabı ilə qalib gəlib.

 

Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası da Fransa "Asnieres"ini eyni hesabla məğlub edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir