Modern.az

Paşinyanı təhqir edən şəxsə cinayət işi açıldı

Paşinyanı təhqir edən şəxsə cinayət işi açıldı

22 Sentyabr 2021, 23:02

Ermənistanın hüquq-mühafizə orqanları "Facebook" sosial şəbəkəsində ölkənin Baş naziri Nikol Paşinyanın fotosuna təhqiredici şərh yazan şəxsə cinayət işi açıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, hazırda şərhin müəllifini müəyyən etmək istiqamətində tədbirlər görülür.

 

Cinayət işi “İctimai fəaliyyətinə görə şəxsi ağır təhqir etmək” maddəsi üzrə başlanıb. 

 

Qeyd edək ki, Ermənistanın Cinayət Məcəlləsinə “Kobud təhqir” adlı yeni maddə əlavə olunub. Maddə 3 milyon dram cərimə və ya 3 aylıq azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

 

Akif İsmayılov

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir