Arxiv
22 Sentyabr 2021, 23:47 | DÜNYA
ABŞ-da əhalinin 66%-i tam peyvənd olunub

 ABŞ-da yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 42 milyon 416 min nəfəri keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin tərtib etdiyi məlumatlarda qeyd olunub.

 

Son sutkada ölkədə COVID-19-a yoluxan 2236 nəfər vəfat edib. Bununla da ölənlərin ümumi sayı 678 522-yə çatıb.

 

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, yetkin əhalinin 76%-dan çoxuna ən az bir doza, 66%-inə isə iki doza peyvən vurulub.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv